Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Putin Rusiyanın silah alverindən danışdı

Rusiya bu ilin ilk altı ayında 5,6 milyard dollar dəyərində silah və hərbi təchizat ixrac edib.

Simsar.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi əməkdaşlıq komissiyasının yığıncağına qatılarkən deyib.

Onun sözlərinə görə ixracat hələ davam edəcək: “Toplam olaraq 50 milyard dollarlıq silah sifarişi var. Təxminən 400 gəmi və sualtı qayıq 27 ölkəyə ixrac olunub. Dünya üzrə gəmi istehsalının 27 faizi Rusiyanın payına düşür. Buna görə də ölkələrin gəmilərinbi yeniləməsi gözlənilir. Bunun üçün təxminən 100 milyard dollar xərcləmək lazım olacaq”.

Qeyd edək ki, sifarişlərə baxdıqda Rusiyanın 2014-ci il üçün ən az 35 milyard dollarlıq silah və hərbi təchizat ixrac etməsi gözlənilir.

Onu da bildirək ki, Rusiya ötən ilə nisbətən silah ixracatını iki dəfə çoxaldıb. Şimal qonşumuz 2013-ci ildə 15,7 milyard dollarlıq silah ixracatı reallaşdırmışdı.

Bu arada ölkə başçısı  iclasda yenicə vəzifəyə təyin olunmuş Rusiyanın Hərbi Texniki  Əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojinanı komissiya üzvlərinə təqdim edib.

Xatırladaq ki, Vladimir Kojina 14 il Prezident yanında idarəetmə işlərinə rəhbərlik edib. O, bu vəzifəsinə də, böyük təcrübə və peşəkarlığına görə layiq görülüb.

 






7 İyul, 2014  18:14 Baxılıb: 631 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner