Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Emil Şahin mahnısını icazəsiz oxuyan müğənniyə mesaj göndərdi - VİDEO

Simsar.Az xəbər verir ki, tanınmış azərbaycanlı bəstəkar Emil Şahinin yazdığı hitlərdən biri olan "Eşqim"i Qazaxıstanda yaşayan həmyerlimiz Tural Everest öz repertuarına daxil edib. Bu faktı ATV-də yayımlanan "10 Lar" maqazin proqramının əməkdaşları üzə çıxarıblar.

Məlumunuz olsun ki, sözügedən mahnı 7 il bundan öncə estrada ulduzu Röya Ayxanın ifasında sevilib.

Radio dj Yusif Ağayevin sözlərinə yazılmış mahnının müəllif hüququ bütünlükdə Emil Şahinə məxsusdur.

İspaniyada işgüzar səfərdə olan Emillə telefon əlaqəsi yaratdıq.

Tural Everestin bu hərəkətini bəstəkar belə şərh etdi:

"Mən Turalın ifasını müsbət qarşıladım. Amma çox yaxşı olardı ki, mənim Azərbaycan nümayəndəliyimlə əlaqə saxlayıb,  ən azı icazə istəyərdi.

Onsuz da ondan heç kim qonorar tələb etməyəcəkdi. Bildiyim qədər o, əslən azərbaycanlıdır.

Həmyerlimiz olmasına baxmayaraq Tural mahnıdakı bəzi sözləri düzgün tələffüz etməyib. Mahnıya qulaq asan oxucularınız da dediklərimi təsdiqləyəcəklər.

Artıq "Emil Şahin production"ın əməkdaşları bu işlə ciddi məşğul olurlar. Tələbimiz odur ki, T.Everest mahnını mükəmməl səviyyədə təkrar ifa etsin".

Simsar.Az olaraq həm "10 lar" verilişində yayımlanan süjeti, həm də Röya və Turalın ifalarını oxucularımıza təqdim edirik.

Şahin Cavadsoy

Simsar.Az






7 İyul, 2014  18:09 Baxılıb: 3574 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner