Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünyanın “İPTV” marağı

Dünyada “IPTV” abunəçilərinin sayı 100 milyonu ötüb. Simsar.az xəbər verir ki, bu barədə “Point Topic” şirkətinin tədqiqatında deyilir.

2014-cü ilin birinci rübündə bazarın həcmi 4,8 faiz artıb ki, bu da ötən ilin sonuncu rübündə qeydə alınan artım tempinə uyğundur. Hesabat dövründə dünyada 4,6 milyon yeni “IPTV” abunəçisi qeydə alınıb və bununla da onların ümumi sayı 100,9 milyon nəfər təşkil edib.

Göstərilən müddət ərzində Şərqi Avropa 11,6 faizlə (630 min yeni abunəçi) “IPTV” abunəçilərinin sayının artım tempinə görə lider olub. Şərqi Asiyada rekord 2,58 milyon abunəçi əlavə olunub. Bu, bazarın həcmi nəzərə alınmaqla təəccüb doğurmur. Cari ilin birinci rübündə bu regionda artım 5,7 faiz olub.

Tədqiqata əsasən, 2014-cü ilin martın sonunda dünyada 690,1 milyon genişzolaqlı stasionar xətt olub. Rüb ərzində artım 1,9 faizə bərabər olub ki, bu da son 12 ayda qeydə alınan ən yüksək göstəricidir. Məsələn, ötən rübdə bu göstərici cəmi 0,4 faiz olub. “Point Topic” ekspertləri 2014-2015-ci illərdə artımın davam edəcəyini proqnozlaşdırırlar. Burada böyük rolu Afrika və Yaxın Şərq ölkələrinin oynayacağı gözlənilir.

Qeyd edək ki, 2013-cü ilin iyununda "Point Topic” bazarda analoji tədqiqat aparıb. Həmin araşdırmaya əsasən, dünyada 87,2 milyon "IPTV” abunəçisi olub. Bu, il ərzində abunəçi sayının 13 milyondan çox artması deməkdir.

Simsar.az

 






7 İyul, 2014  17:46 Baxılıb: 1043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner