Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müəllimliyi seçənlərə əlavə 100 manat TƏQAÜD

İmtahanlarda müəllimlər Azərbaycan dili və kimyadan ZƏİF NƏTİCƏ göstəriblər

Müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı keçirilən imtahanların nəticələri təhlil edilib və bu nəticə qənaətbəxş hesab olunub. Simsar.az-ın məluamtına görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. O bildirib ki, imtahanlarda iştirak edən müəllimlərdən 14,4 %-i zəif, 86, 16 %-i isə yüksək nəticə göstərib. O bildirib ki, coğrafiya və riyaziyyat fənni üzrə müəllimlər nisbətən yüksək, Azərbaycan dili və kimya fənni üzrə nisbətən zəif nəticə göstəriblər.

Cəsarət Valehov həmçinin əlavə edib ki, gələn ildən müəllimlik ixtisasını seçənlərə əlavə olaraq 100 manat təqaüd veriləcək. O bildirib ki, bu təqaüd 500 və daha artıq bal yığan və ixtisas seçimində müəllimlik ixtisasını 1-ci və 2-ci yerdə yazan abituryentlərə veriləcək. C.Valehov onu da vurğulayıb ki, bu tədbirin keçirilməsində məqsəd müəllimlik ixtisasına həvəsi artırmaqdır. Hələlik təqaüd verilməsi nəzərdə tutulan tələbələrin sayı 300-dür.

Aysel Kərimova







7 İyul, 2014  16:09 Baxılıb: 1005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner