Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İctimai-siyasi universitetin lisenziası uzadılmayacaq

SABAH qrupları imtahanlarında iştirak etmək üçün müraciət edən 2500 nəfər birinci kurs tələbəsindən 1196 nəfəri imtahanda iştirak edib

Simsar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, Təhsil Nazirliyinin bir neçə aydır ki, müzakirə etdiyi ali təhsilin yeni brendi SABAH qruplarının imtahanı baş tutub. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetində və Naxçıvan Dövlət Universitetində keçirilib. İmtahanların nəticələri bir həftə ərzində elan olunacaq.

Həmçinin Təhsil naziri Mikayıl Cabbarov İctimai-siyasi universitetin lisenziya müddətinin uzadılmaması barədə qərar verib. Bunu da jurnalsitlərə açıqlamasında qurumun mətbuat katibi Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə yaradılan işçi qrupun yoxlamaları zamanı məlum  olub ki, bu ali təhsil müəssisəsində təhsil formal xarakter daşıyır və kafedralar qanunverciliyə uyğun qurulmayıb. C.Valehov onu da vurğulayıb ki, qanunvericiliklə müəyyən olunmuş qaydalar yerinə yetirilərsə universitet yenidən lisenziya üçün mrüaciət edə bilər. Mətbuat katibi universtetdə hazırda 566 tələbənin təhsil aldığını onların mərkəzləşdirilmiş qadada başqa universitetlərə köçürüləcəyini bildirib. Təhsil xərclərinə gəlincə isə tələbələrin xərci artmayacaq.

Aysel Kərimova







7 İyul, 2014  15:59 Baxılıb: 641 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner