Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış alimə həsr olunmuş kitab nəşr olunub

Tanınmış ədəbiyyatşünas alim və publisist, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun həyat və yaradıcılığından bəhs edən biblioqrafik məlumat toplusu çapdan çıxıb.

Simsar.az xəbər verir ki, topludakı biblioqrafik göstəricilər T.Əhmədovun yarım əsrdən çox bir dövrdə - 1954-2011-ci illərdə dövri mətbuatda çap olunmuş 500-dən artıq məqaləsi, publisistik əsəri, kitab və monoqrafiyaları barədə məlumatları əhatə edir.

Topluda T.Əhmədovun həyat və yaradıcılığı, elmi-publisistik fəaliyyəti haqqında qısa oçerklər də yer alıb. Akademiklər Cəmil Quliyev, Məmməd Cəfər Cəfərov, Budaq Budaqov, Asəf Nadirov, Bəkir Nəbiyev, xalq yazıçısı Qılman İlkin, xalq şairləri Mirvarid Dilbazi, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, filologiya elmləri doktoru Yaşar Qarayev və başqaları onu həm insan və şəxsiyyət, həm də alim və publisist kimi xarakterizə ediblər. Bu qeydlərin leytmotivini belə bir ümumi rəy təşkil edir: Teymur Əhmədov istər şəxsiyyət, istərsə də alim, redaktor və publisist kimi daim yüksəkdə dayanan, öz həyat mövqeyi və zəhmətsevərliyi ilə seçilən insandır.

Bir sözlə, biblioqrafik toplu tanınmış alim və publisistin keçdiyi zəngin həyat və yaradıcılıq yolu barədə oxucuda hərtərəfli təsəvvür yaradır.

Günel







7 İyul, 2014  15:54 Baxılıb: 1043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner