Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident gürcü spikerlə görüşdü

Prezidenti İlham Əliyev Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simsar.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Parlamentlər arasında əlaqələrin önəmini vurğulayan prezident parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verdiyini söyləyib.

Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu deyib.

Qonaq qarşılıqlı faydalı və strateji münasibətlərin qurulması işində deputatların rolunu qeyd edərək Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycanla bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.

 

 






7 İyul, 2014  15:38 Baxılıb: 680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner