Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Neftimiz Prometeydən bu günə araşdırıldı

Akif Nərimanov və Rafiq Abdullayevin “Prometeydən bu günə qədər. Azərbaycanda neft geologiyasının yaranması və inkişaf tarixi” kitabı işıq üzü görüb

Kitabın baş məsləhətçisi ARDNŞ-nin birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadədir. Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, “Nobel Oil” və “Oil & Gas ProServ” şirkətlərinin dəstəyi ilə nəşr edilən kitab Azərbaycan neft sənayesinin aparıcı sahələrindən sayılan neft geologiyasının yaranması və inkişaf tarixinə həsr olunub. Geniş oxucu auditoriyasına hesablanan kitabda qədim dövrlərdən geologiyanın ümumi inkişafı əks etdirilib, neftin əmələ gəlməsi ilə bağlı indiyədək mövcud olan müxtəlif nəzəriyyələr təhlil olunub, Azərbaycanda XIX əsrin ortlarından başlayaraq bu günə qədər neft geologiyasının inkişaf tarixi xronoloji qaydada araşdırılıb və sistemləşdirilib.

Kitaba əlavədə Xəzər dənizinin neft-qazlılığı və Azərbaycan ərazisində yerləşən palçıq vulkanları, habelə nadir geoloji və geomorfoloji təbii obyektlər olan Dördüncü dövr Binəqədi heyvanat qəbristanlığı, Qirməki və “Yanar Dağ” təbiət abidələri ilə bağlı təqdim olunan materiallar əsərin məzmununu daha da dolğunlaşdırır. Orijinalı xarici dillərdə olan həmin materiallar Azərbaycan dilinə tərcümə olunub.

Kitabın müəllifləri ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri, geologiya-mineralogiya elmləri doktoru, Rusiyanın Təbii Elmlər Akademiyasının xarici üzvü Akif Nərimanov və uzun illər neft-qaz sənayesində çalışmış Rafiq Abdullayevdir.

Vüsal Qarayev







7 İyul, 2014  15:31 Baxılıb: 691 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner