Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Antivirus lazımsızdır

“Android” əməliyyat sisteminin təhlükəsizlik şöbəsinin aparıcı proqramçısı Adrian Lüdviq “Android” ekosisteminin təhlükəsizliyi, virus və antivirus proqramları ilə bağlı fikirlərini bölüşüb.

Adrian Lüdviqin sözlərinə görə, əksər şirkətlərin xəbərdarlığına baxmayaraq “Android” istifadəçilərinin smartfon və planşetlərdə antivirus proqram təminatı və ya digər informasiya təhlükəsizliyi alətləri quraşdırmasına ehtiyac yoxdur.

Proqramçı hesab edir ki, bu proqramlar istifadəçilərin 99 faizi üçün faydasızdır: “Güman edirəm ki, mühafizəni heç vaxt təmin etməyəcək məhsula pul xərcləmək riskin səmərəsiz şəkildə azaldılmasıdır. Lakin insanlar əşyaları müxtəlif məqsədlər üçün alırlar”.

“Android”in təhlükəsizlik üzrə direktoru onu da qeyd edib ki, ictimaiyyət “Google Play” kataloqunda əlavələrin qəbulu prosedurunu – digər kataloqlarla müqayisədə daha sərbəst rejimi düzgün başa düşmür: “Əslində əlavələrin hamısı dərc olunmazdan əvvəl avtomatik yoxlanışdan keçir. İstifadəçinin rəsmi kataloqdan potensial zərərli əlavə yükləməsi riski çox şişirdilib. Bu hadisənin baş verməsinin mümkünlüyü çox aşağıdır”.

“Android” sisteminin idarəetməsi ilə işləyən qurğuların populyarlığı digər əməliyyat sistemli qurğuların populyarlığını dəfələrlə üstələdiyini deyən Lüdviq bildirib ki, hazırda hər iki nəfərdən biri “Android” sistemli qurğulardan istifadə edir: “İnsanların çoxu praktikada heç vaxt “Google Play”-də zərərli əlavələrlə rastlaşmayıb. Lakin həqiqətdə insanların əksəriyyəti smartfonunda potensial zərərli əlavənin olduğu istifadəçiyə də rast gəlməyəcək. Odur ki, mənə elə gəlir risk şişirdilib”.

Antivirus şirkətlərin minlərlə virus və zərərli əlavələrlə bağlı hesabatlarını şərh edən mütəxəssis onları məlumatları düzgün izah etməməkdə günahlandırıb: ”Antivirus şirkətləri nə qədər qurğunun yoluxması barədə məlumat verməyərək zərərli əlavələrin sayını açıqlamağa üstünlük verirlər. Çünki rəqəmlər daima artdığından bu, onlara sərf edir. Vəziyyətin pisləşməsi görüntüsü yaradılır ki, bu da məhsulun satılması üçün əlverişlidir”

Qeyd edək ki, “Google” ilk dəfə deyil ki, antivirus şirkətlərini tənqid edir. 2011-ci ildə digər tərtibatçı mobil qurğular üçün antivirus istehsalçılarını fırıldaqçı adlandırıb.

Onu da vurğulamaq lazımdır ki, “Bitdefender for Android” antivirusunun tərtibatçıları A.Lüdviqin mövqeyi ilə qətiyyən razılaşmadıqlarını bildiriblər.

Vüsal Qarayev







7 İyul, 2014  13:48 Baxılıb: 1058 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner