Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərəb ölkələrində ölənlərin sayı 653 nəfərə çatıb

Ərəb ölkələrindəki qırğın müqəddəs Ramazan ayında da səngiməyib.

Simsar. az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ramazanın başladığı vaxtdan etibarən Suriya, Yəmən, İraq, Liviya və Misirdə törədilən zorakılıq aktlarında ümumilikdə 653 nəfər ölüb, 237 nəfər xəsarət alıb.

Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun hesabatına əsasən, Ramazanın birinci həftəsində Suriyada aralarında 51 uşaq və 29 qadının olduğu 494 nəfər ölüb.

İkinci yerdə Əmranda ordu bölmələri və silahlı husilər arasında gedən toqquşmalar və ayrı-ayrı şəhərlərdə edilən silahlı hücum nəticəsində 83 nəfərin öldüyü və 115 nəfərin xəsarət aldığı Yəmən durur.

Qeyd edilən müddət ərzində İraqın Beyci, Mosul və Baakuba şəhərlərində “İslam Dövləti" (DAİŞ) terror təşkilatı ilə hökumət ordusu arasında gedən döyüşdə 58 nəfər ölüb, 85 nəfər yaralanıb.

Liviyada istefada olan general Xəlifə Xəftər tərəfdarları və ordu qüvvələri arasında ölkənin Benqazi şəhərində baş verən toqquşma nəticəsində səkkiz nəfər ölüb, üç nəfər xəsarət alıb.

Misirdə isə Ramazan ayının ilk həftəsi demokratik yolla seçilmiş prezident Məhəmməd Mursinin hakimiyyətdən devrildiyi hərbi çevrilişin ildönümü ilə üst-üstə düşüb.

Rəsmi məlumatlara əsasən, nümayişlərin gedişində 10 nəfər ölüb. Çevriliş əleyhdarları isə 14 nəfərin öldüyünü, 34 nəfərin yaralandığını bildirirlər.

Günel







7 İyul, 2014  12:48 Baxılıb: 693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner