Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Siyəzəndə baş verən yanğınla bağlı açıqlama

“Siyəzən rayonunda baş verən yanğında əsasən ot örtüyü yanıb, meşə fonduna ciddi ziyan dəyməyib.”

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov jurnalistlərə açıqlamasında  deyib.

O bildirib ki, Siyəzən broyler fabrikinin 6-cı sexində baş vermiş yanğın həmsərhəd zonada yerləşdiyi üçün meşə ərazisinə keçib. Nəticədə 5 hektardan çox əraziyə ziyan dəyib. Hazırda dəymiş ziyanının məbləği hesablanır.

Ümumiyyətlə, Siyəzən rayonunda baş vermiş yanğın bu gün səhər saatlarında söndürülüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə zamanı Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində “Siyəzən Broyler” ASC-yə məxsus ümumi sahəsi 8960 kv. m olan sökülmüş sexlərin içərisində məişət tullantıları, ərazidə 3 ha yabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb.Yaxınlıqdakı cücə sexləri, meşə zolağının qalan hissəsi, üzüm bağları, yaxınlıqdakı fermalar və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

 

 






7 İyul, 2014  12:43 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner