Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əhalinin Sosial Müdafiəsi Mərkəzində cinayət faktı aşkarlanıb

Simsar.az xəbər verir ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair həyata keçirilmiş audit üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit nəticəsində vəzifəli şəxslər tərəfindən ünvanlı dövlət sosial yardımlarının təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilmədən artıq və yardım almaq hüququna malik olmayan şəxslərə əsassız ödənişlərin aparılması, müavinət işi mövcud olmayan şəxslərə heç bir əsas olmadan sosial müavinətlərin və təqaüdlərin təyini və ödənilməsi, bir sıra hallarda eyni aylar üzrə təkrar ödənişlərin aparılması, birdəfəlik müavinətlərin ödənişi zamanı əsassız olaraq artıq vəsaitlərin verilməsi və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinin on ikinci abzasının və prezidentin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim edilməsi qərara alınıb.

 

Vüsal Qarayev

 






7 İyul, 2014  12:37 Baxılıb: 609 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner