Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil Nazrliyindən müəllimlərə xəbərdarlıq

Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən müəllimlərə xəbərdarlıq edib. Nazirlikdən Simsar.az-a  verilən xəbərə görə, xəbərdarlıq qeyd edilib ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”nın 4.2-ci bəndinə əsasən, ümumi təhsil müəssisələri və peşə liseylərində daimi işləyən müəllimlər işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edə bilməzlər.

Qeyd edək ki, iyulun 1-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Müsabiqəyə 2974 vakant yer çıxarılıb. Bakı şəhəri üzrə müsabiqəyə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul tarixində saat 18:00-da başa çatacaq. 16-19 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. İmtahanlara 21 iyul tarixindən başlanılması nəzərdə tutulub.

 






7 İyul, 2014  12:32 Baxılıb: 650 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner