Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq Milli şirniyat festivalı keçiriləcək

İyulun 20-də Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə beynəlxalq milli şirniyyat festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, bu günədək Azərbaycanda dörd belə festival təşkil edilib. Əvvəlki festivallar paytaxt Bakıda baş tutsa da, bu dəfə Şəkidə keçirilməsi daha məqsədəuyğun sayılıb. Əsas səbəb isə Şəki şirniyyatlarının özünəməxsusluğu ilə seçilib.

Festivalda Şəki kəndlərinin, ətraf 20 rayonun və 15 ölkənin iştirakı nəzərdə tutulub. Azərbaycanın bölgələri firni, xəşil, şirin plov, südlü sıyıq və s. şirin xörəklərini, paxlava, fəsəli, qatlama, zilviyyə, umac halvası kimi unlu qənnadı məmulatlarını, noğul, qoz halvası, səməni halvası və digər milli şəkərli şirniyyatlarını festivalda sərgiləyəcəklər.

Şirniyyat məhsulları əvvəlcədən hazırlanıb gətiriləcək. Ayrılmış sərgi yerində iştirakçılar özlərinə məxsus milli paltarda olacaq, təmsil etdikləri bölgələr aid məişət əşyaları, xalça, həsir və sair nümayiş etdirərək sərgi yerində bölgənin əhval-ruhiyyəsini yaradacaqlar.

 

Günel







7 İyul, 2014  11:17 Baxılıb: 1863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner