Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Həyat yoldaşı Qafarzadəni görüb özünü itirdi - FOTO - VİDEOLAR

Simsar.Az xəbər verir ki, bugün tanınmış müğənni Nadir Qafarzadə Yaşıl Teatrda həyat yoldaşının şərəfinə konsert verib.  Sevinc xanım üçün şahzadələrə layiq kreslo hazırladan Nadir, ömür-gün yoldaşını əlində qızılgül dəstəsi ilə özü qarşıladı. Həyəcanından səsi əsən müğənni 22 il öncəyə qayıdıb,  ilk görüşə getdiyi günü belə xatırladı: "Sərin payız axşamı idi. Elə bilirdim Sevam görüşə gəlməyəcək.

Amma o, əhdinə vəfasız çıxmadı. Düzdür,  bir il nişanlı qalsaq da artıq 21ci yaydır ki, bir ailədə iki oğlumuzu tərbiyə edərək yaşayırıq".

Qırmızı avtomobildən enən müğənninin həyat yoldaşı da çox həyəcanlı olduğundan çantasını əlindən yerə saldı.  Sevinc xanımın köməyinə yetişən Qafarzadə onun klaçını bərk-bərk saxlayıb,   zaldakı yerinə oturana qədər özündə saxladı.

Mehriban ailə başçıları ilk olaraq "Cigidlər" rəqsinə tamaşa etdilər.  Ardından Nadir, xanımından xeyir-dua alıb səhnəyə çıxdı.

Etdiyi bu yeniliklə bir ilkə imza atan müğənni bildirdi ki, səhnədə ümumilikdə 23 mahnı səsləndirdi.

Möhtəşəm səhnə, peşəkar musiqiçilərin müşayiəti ilə baş tutan gecədə Nadir həyat yoldaşına olan sevgisini izhar etməkdən yorulmadı yazsaq, daha düzgün səslənər.

Şahin Cavadsoy

Simsar.Az

Foto və videolar Müəllifindir.






6 İyul, 2014  21:39 Baxılıb: 2563 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner