İraqın Samirə şəhəri yaxınlığında törədilmiş partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
Simsar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze İraq qoşunlarının yerləşdiyi ərazidə minalanmış avtomobili partladıb.
Hazırda hadisənin digər təfərrüatları araşdırılır.