Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DYP avtobus sürücülərinə qarşı reyd keçirir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda avtobus sürücülərinə qarşı reydlər keçirir.

Simsar.az-ın məlumatına görə, bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a bildirib.

Onun sözlərinə görə, paytaxtda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının çoxluğu ciddi narahatlıq doğurur.

Paytaxt üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, avtobus sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının əksəriyyəti Bakıdan bölgələrə, kənd və qəsəbələr, yaşayış məntəqələri, bağ massivləri, istirahət mərkəzləri, çimərliklər istiqamətində olur. Ona görə də bu gündən etibarən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmələrinin və şöbələrinin əməkdaşları Nəqliyyat Nazirliyinin nümayəndələri ilə birgə paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri arasında nizam-intizamın yaradılması, avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə reydlərin keçirilməsinə başlamışdır.

Hazırda paytaxtda metronun “20 Yanvar”, “Koroğlu”, “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında reydlər keçirilir. Reydlər zamanı yenə də avtobus sürücülərinin müvafiq kateqoriya, yaxud sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etmələri müşahidə olunur.

Saat 14:00-dək “20 Yanvar” dairəsində avtobus marşrutları üzrə keçirilmiş reyd zamanı ona yaxın avtobus sürücüsündə heç bir sənədin olmadığı aşkar edilib.

V.Əsədov deyib ki, avtobus sürücülərinə qarşı keçirilən tədbirlərin müsbət nəticəsi olması üçün hüquqi və fikizi şəxslər də məsuliyyətini artırmalı, marşrut boyu avtobusu və onu idarə edən sürücünün hərəkətini nəzarətdə saxlamalı, dispetçer nəzarətini gücləndirməlidirlər.

"Xəttə çıxan avtobus texniki cəhətdən saz olmalı, işıq cihazları işləməli, dövlət nömrə nişanları üzərində olmalı və rahat görünməli, sürücülər hərəkət boyu qanunun tələblərini yerinə yetirməlidirlər. Avtobusların dayanacaqlardan kənar, yolun hərəkət hissəsində, ikinci cərgədə, kəsişmə hissələrində saxlanılması digər nəqliyyat vasitələrinin sürücüləri üçün çətinliklər yaradır", - deyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi bildirib.






4 İyul, 2014  20:47 Baxılıb: 755 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner