Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Beynəlxalq Bankdan pul oğurlayanlar tutuldu

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazıb.

Simsar.az xəbər verir ki, C.Hacıyev məktubda MTN əməkdaşlarının keçirdiyi əməliyyata görə E.Mahmudova təşəkkür edib. “Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu ilin iyun ayında keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sistemlərinə qanunsuz daxil olmaq yolu ilə Azərbaycan Beynəlxalq Bankının müştərilərinin hesablarından pul vəsaitlərini ələ keçmiş şəxslər müəyyən edilərək zərərsizləşdiriblər.

Əməliyyatın qısa müddətdə hazırlanıb keçirilməsi, cinayətkar qrupun bütün üzvlərinin ifşa olunub tutulması və onların hər birinin cinayətdə rolunun, iştirakçılıq dərəcəsinin təfsilatı ilə müəyyən olunması Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının yüksək peşəkarlığını, böyük təcrübə və bacarığa malik olduqlarını bir daha nümayış etdirib.

Gələcəkdə də hər hansı bir qanunsuzluğun qarşısının qətiyyətlə alınacağına əminlik yaradan belə şərəfli və səmərəli fəaliyyətinizə görə Sizə və rəhbərlik etdiyiniz Nazirliyin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk” – deyə, C.Hacıyevin məktubunda bildirib.






4 İyul, 2014  20:14 Baxılıb: 746 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner