Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Buraxılış imtahanlarında 10 min nəfər 29 ballıq nəticə göstərib”

“Keçən il texnikumlara qəbul üçün xüsusi imtahan aparılıb. O zaman maksimal bal 300 bal idi və keçid balı maksimal bala uyğun hesablanıb. Bu il isə orta ixtisas məktəblərinə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında aparılır”.

Simsar.az xəbər verir ki, bu sözləri jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə deyib. Buraxılış imtahanının nəticələri maksimal 60 balla qiymətləndirilir. Həmin 60 bal ötən ilki maksimal 300 bala uyğundursa bu ilki 30 balda ötən ilki 150 bala uyğundur.

Keçid balları uşaqların ötənilki plan yerləri və imtahanlarda göstərilən nətcələr əsasında müəyyənləşib. Bu göstəricilər texnikumlarda da müxtəlifdir. Bakı orta ixtisas təhsil müəssələrində 100 baldan yuxarı, regionlarda isə daha aşağı idi. Bu il isə buraxılış imtahanlarının nəticələrinə görə, 20 090 şagird buraxılıb. Onlardan 9600-ü iddiaçıdırlar. Onun sözlərinə görə, həmin şagirdlərdən 301 nəfəri 6 ballıq nəticə göstərib. Birinci 10 000 insan 29 ballıq nəticə göstərib. Belə nəticə göstərənlərin qəbul olmaq ehtimalı var. Lakin bu ehtimal bütün orta ixtisas məktəblərinə aid deyil. Çünki kolleclərin bəziləri Bakıda, bəziləri də regionlarda yerləşir. Elə ixtisaslar da var ki, onlara plan yerləri azdır. “Şagird əlindəki nəticə ilə həmin yerlərə qəbul olunmaya da bilər. 29 baldan aşağı nəticə göstərənlərin qəbul olunmaq ehtimalı azdır. Çünki elə uşaqlar var ki ancaq fiziki ixtisas seçərək, Bakıda maliyyə, iqtisadiyyat kollecində təhsil almaq istəyir. Sənəd verən şagird başqa ixtisasa iddiaçı deyilsə, qəbul olunduğu yer tutulmuş hesab olunur. Regionda yerləşən kolleclərə ixtisas verən uşaqlar arasında yükək nəticə göstərənlərə nisbətən aşağı nəticə göstərmiş şagirdlər müsabiqədə iştirak edə bilməzlər”.

TQDK sədri bildirib ki, birinci 11 illiyin Bakıda orta ixtisas təhsil müəssələrinə qəbul olmaq ehtimalları yüksəkdir. 29 baldan aşağı nəticə göstərənlərin isə yalnız regiondakı kolleclərə daxil olmaq ehtimalı var.

 

Aysel Kərimova







4 İyul, 2014  13:47 Baxılıb: 1182 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner