Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyənin yeni baş naziri kim olacaq?

AKP-nin prezidentliyə namizədi məlum olduqdan sonra, siyasi dairələrdə Ərdoğan seçiləcəyi təqdirdə kimin yeni baş nazir olacağı məsələsi müzakirə mövzusuna çevrilib.

Simsar.az “İxlas” Agentliyinə istinadla xəbər verir ki, baş nazir postu üçün AKP-də keçmiş nəqliyyat naziri Binəli Yıldırımın adı çəkilir.  Siyasi partiyalar qanununda edilən dəyişiklikdən sonra baş nazir və partiya başqanı fərqli şəxslər ola bilər. Lakin AKP-də bunun həyata keçirilməsi gözlənilən deyil.

AKP başqanı ilə baş nazirin eyni şəxs olması gözlənilir. Baş nazir Ərdoğan partiya nümayəndələrinə qəti şəkildə "Üç müddətə seçilmək qanunu dəyişməyəcək. Ara və yaxud vaxtından əvvəl seçkilərə gedilməyəcək" deyib. AKP-də Ərdoğandan sonra baş nazirlik vəzifəsi üçün Bülənt Arınç, Əli Babacan, Binəli Yıldırım, Mehmet Əli Şahin və Əhməd Davudoğlunun adı keçir. Ən şanslının isə Ərdoğanın üstünlük verdiyi Binəli Yıldırım olduğu bildirilir.

AKP kulislərində iddia edilir ki, Abdullah Gül aktiv siyasətə qayıdarsa üstünlük məhz ona veriləcək. Lakin baş nazir millət vəkili də olmalıdır. Və Gül parlamentə seçilərsə AKP başqanı və baş nazir ola bilər.

Bunun üçün vaxtından əvvəl seçkilərə getmək lazımdır. Bunun da olmayacağını Ərdoğan bəyan edib.

Hüseyn İbadlı

 

 






4 İyul, 2014  13:30 Baxılıb: 740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner