Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Etibar Hüseynov: "Zaur Hüseynov özünü doğrultmadı"

Millət vəkili Etibar Hüseynov “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovu tənqid edib.

Simsar.az-ın məlumatına görə, deputatın “Facebook” səhifəsində yazdığı status geniş müzakirələrə səbəb olub. Həmin statusu təqdim edirik:

“Dünən sosial mediadan oxudum ki, "Azərbaycan" qezətində Metropolitenin rəisi Zaur Hüseynov haqda tənqidi məqalə dərc olunub. Mən həmin yazıyla tanış deyiləm. Amma bəri başdan deyirəm ki, nə yazılıbsa, az yazılıb və haqq yazılıb. Niyəsini indi söyləyim...

Təxminən 3 ay əvvəl Dəmir yol sistemində 30 ildən artıq stajı olan Eynulla Bağırov adlı şəxs mənə hazırda işsiz olduğunu və Metropolitendə işə düzəlməsində ona yardımçı olmağımı xahiş etmişdi. Adam "Fəxri dəmiryolçu"du, 50 cür diplomu, fəxri fərmanları da öz yerində. İstədiyi də vəzifə-filan deyil; sıradan bir işdi, ailəsinə çörəkpulu aparmaq üçün... Mən də elə onun yanındaca Zaur Hüseynova telefon açdım. Məsələdən agah elədim. Mənə həmin şəxsin bir həftə sonra onun qəbuluna gəlməsini bildirdi. Eynulla Bağırov da sevindi. Amma bu sevinc uzun çəkmədi. Zaur Hüseynov onu qəbul belə etmədi, göndərdi müavinin yanına, o da öz növbəsində kadrlar şöbəsinə, o da... Bax beləcə 3 aydır ki, Eynulla Bağırov bu bürokratiya karuselində fırlanır. Biabırçılıqdır. Bəs başqa vaxt özləri deyir ki, metropolitendə guya peşəkar kadr çatışmazlıgı var. Və bütün günahlarını da bununla sığortalayırlar. Bəs nə oldu?

Zaur Hüseynovdan gözləntilər özünü doğrultmadı. Adam gələndən Metropolitendə "budka reforması"ndan o yana bir iş görə bilmədi. Həç o işi də əməlli-başlı sona çatdırmadı. Nail ola bildiyi isə Tağı Əhmədovun atasına rəhmət oxutdurmağıdı, vəssəlam...”

 






4 İyul, 2014  13:26 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner