Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Taraf qəzeti: Türkiyə Ermənistanla sərhədi açır

Türkiyə Ermənistanla sərhədi açır. Simsar.az-ın məlumatına görə, bu iddia ilə Türkiyənin "Taraf" qəzeti çıxış edib. Qəzetdə yer alan məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı təlimat verib.

Prezidentliyə namizədliyini açıqlayandan sonra baş nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ikinci addım atmağa qərar verib. Məlumata görə, Alican sərhəd qapısının açılması həm də ABŞ Ermənistan münasibətlərinin normallaşdırılmasına hesablanıb.

Qəzetin yazdığına görə, ermənilən qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP (hakim Ədalət və İnkişaf Partiyası) höküməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. İlk addım olaraq baş nazir R.T.Ərdoğan bu ilin aprel ayında qondarma soyqırımın ildönümü ərəfəsində 1915-ci iləd baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı verib.

Sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanır. Rəsmi açılış tarixi hələ dəqiqləşdirilməyib.

Alican sərhəd qapısı Dağlıq Qarabağ münaqişəsi başlayandan, Azərbaycan torpaqları işğal ediləndən sonra bağlanılıb. Türkiyənin rəsmi şəxsləri dəfələrlə sərhəd qapısının Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə kimi açıqlmayacağı barədə bəyanatlar səsləndiriblər.







4 İyul, 2014  13:14 Baxılıb: 789 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner