Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İşəgötürənlərə metodiki kömək göstəriləcək

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı regionlarda yardım masaları fəaliyyətə başladı. Simsar.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlayıb. Masaların yaradılmasında məqsəd əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etməkdir.

Yardım masalarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə iş günü ərzində metodiki kömək göstəriləcəkdir. Dövlət Əmək Müfəttişliklərində təşkil edilmiş yardım masaları Əmək müqaviləsi bildirişi üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi  prosesi başa çatdırılana kimi fəaliyyətdə olacaq.

Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstəriləcək.

Qeyd edək ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə  metodiki göstərişlər Nazirliyin rəsmi internet saytında (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib.

Vüsal Qarayev







4 İyul, 2014  12:52 Baxılıb: 599 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner