Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

100 əlilə avtomobil verildi – FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə minik avtomobilləri təqdim etdi.

Simsar.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyulun 4-də cari ilin əvvəlinədək növbədə duran daha 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxsə “Naz-Lifan” markalı minik avtomobili verib. Bu kateqoriyaya aid əlilliyi olan şəxslərə avtomobillərin təqdim edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir.

Tədbirdə bildirilib ki, ötən ay müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə minik avtomobilləri təqdim edilmişdi, indi isə bu kateqoriyadan olan daha 100 nəfərə avtomobillər verilir. 01 yanvar 2014-ci ilədək növbəyə duran Böyük Vətən Müharibəsi Əlilllərinin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların və Çernobıl AES əlillərinin avtomobillə təminatının avqust ayında yekunlaşdırılması planlaşdırılır.

Çıxış edənlər müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Qeyd edilib ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı başa çatdırılıb.

Avtomobil alanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, əlil və şəhid ailələrinə mənzillərin təqdim edilməsi, əlillərin avtomobillə təmin edilməsində şəfaflığın və ictimai nəzarəitn təmin edilməsi məqsədilə mənzil və avtomobil alanların, növbədə dayananların siyahısı nazirliyin rəsmi internet saytının (www.eesmn.gov.az, www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə təqdim edilir.

Vüsal Qarayev










4 İyul, 2014  12:33 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner