Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazirdən Rövşən Almuradlı və Rasim Balayevə - CAVAB

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti Rasim Balayev və rejissor Rövşən Almuradlının nazirliklə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Simsar.az xəbərə verir ki, APA-nın sualına cavabında nazir qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi heç kimin fəaliyyətinə embarqo qoymayıb: “Nazirlikdə bu məsələlərlə bağlı heç kimə qadağa ola bilməz. Teatrlar fəaliyyətini, tamaşalarını özləri müəyyənləşdirir. Teatrların müəyyənləşdirdiyi proqramların ən yaxşıları dövlət tərəfindən maliyyələşdirilir. Yerdə qalan layihələr teatrların daxili imkanları hesabına səhnələşdirilir. Hansı rejissora hansı tamaşanın verilməsi Bədii Şuranın işidir. Mən teatra deyə bilmərəm ki, sən filan rejissora tamaşa ver, başqa rejissora vermə. Siz elə bilirsiniz ki, nazirliyə yalnız bu iki adamın müraciəti daxil olur? Yüzlərlə insan təkliflər irəli sürür, müraciət edir. Biz heç bir aktyorun və rejissorun fəaliyyətinə embarqo qoymamışıq. Müraciətlərdə kimsə müsbət, kimsə mənfi cavab alır. Burda hansısa təzyiqdən və ədalətsizlikdən söhbət gedə bilməz”.

Nazir əlavə edib ki, Rövşən Almuradlı onun qəbulunda olub: “Biz Rövşən Almuradlı ilə görüşdük, fikir mübadiləsi apardıq. Sözsüz ki, bu fikir mübadiləsinin nəticəsi olacaq”.

 






4 İyul, 2014  11:36 Baxılıb: 1264 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner