Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir sahibkarlara hirsləndi

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb.

Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, buna görə də daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac var: "Onu da etiraf etməliyik ki, bütün sahibkarlar lazımi qədər məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik".

Ə.Qarayev bildirib ki, ötən il təxminən 6-7 şirkətin və hotelin lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır: "Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün hotellər lisenziyalaşdırılmış olsun".

Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam etdiyini deyən nazir əlavə edib ki, dünən bununla bağlı növbəti əmr imzalayıb. Növbəti monitorinqlər üç istiqamət üzrə aparılır. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir.






4 İyul, 2014  11:15 Baxılıb: 832 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner