Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Vaşinqton Yerevandan dəqiq siqnal gözləyir” – SƏFİR - VİDEO

Simsar.az xəbər verir ki, bunu ABŞ-nın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Xeffern Ermənistanın “Realpolitik Первого Информационного” sayıtına video müsahibəsində deyib.

O bildirib ki, 1994-ci ildə imzalanmış atəşkəs rejiminin pozulması həmsədrlər üçün ciddi narahatlıq doğurur. Xüsusilə də ABŞ adından danışa bilərəm: “Tərəfləri dəstəkləməyə hazırıq ki, sonda bu münaqişə sülh və danışıqlar yolu ilə həll olunsun. Danışıqlar uzun müddət sürdü. Artıq vaxt yetişib.  Təmas xəttində hərbçilər və mülki şəxslərin ölməsini görmək kədərlidir. Son zamanlar bu hal beynəlxalq sərhədlərdə də müşahidə olunur. Bu, şübhəsiz ki, böyük itkidir. Əgər münaqişə həll olunacaqsa o zaman  sərhədlər açılacaq. Bütün region ölkələri birlikdə işləyəcək. Biz bütün ölkələrin iqtisadi inkişafına ciddi təsir göstərəcək nəticə üçün çalışırıq. Tərəflərə sülh danışığı üçün kömək və dəstək göstərəcəyik”.

Səfir həmçinin bildirib ki, münaqişə çərçivəsində 1994-ci ildən Rusiya ilə daha sıx əməkdaşlıq etmişik. Rusiya aktiv iştirak edirdi. Moskvada bir sıra görüşlər keçirdi: “Mən hesab edirəm ki, bu məsələ çərçivəsində biz Rusiya ilə işləyə bilərik. Şübhəsiz ki, bizim bir sıra məsələlərlə bağlı RF ilə fikir ayrılığımız var. ABŞ-dan olan həmsədr Uorlik Rusiya və Fransadan olan həmkarları ilə problemin real həlli yolunu tapmaq üçün işləyəcək. Münaqişənin tez bir zamanda həll edilməsi üçün Vaşinqton Yerevandan dəqiq siqnal gözləyi”.

“Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində olduğu bir il ərzində, səfir Ceyms Uorlikin təqdim etdiyi altı element qəbul olunan sənədlərdə qeyd oluub ki, bu da hamıya məlumdur. Mən artıq üç ildir ki, Ermənistandayam. Mənim müşahidələrimə görə, Ermənistanda insanlar ümumi razılığın əldə edilməsini istəyirlər. Azərbaycan haqqında isə heç nə deyə bilmərəm”- səfir əlavə edib.

Hüseyn İbadlı






4 İyul, 2014  11:08 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner