Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İnternetdə biabırçılıq

Bir milyona yaxın danimarkalının fərdi məlumatı səhvən açıq internetdə yayımlanıb.

Simsar.az xəbər verir ki, təxminən 900 min danimarkalının sosial sığorta nömrəsi bir saat ərzində açıq internetdə yayılıb.

Bu identifikasiya nömrələri danimarkalılar tərəfindən inzibati orqan və ya maliyyə idarələri ilə telefon əlaqəsi, eləcə də tibbi xidmətlərdən yararlanan zaman şəxsiyyəti təsdiq etmək üçün istifadə olunur.

Nömrələr səhvən “CSC” (Computer Sciences Corporation) kompüter şirkəti tərəfindən Danimarka şirkətlərindən reklam elanları almaq istəməyən vətəndaşların məlumat bazasına daxil edilib.

“CSC” şirkəti müqavilə əsasında müxtəlif dövlət idarələrinin məlumat bazasının saxlanılmasını, mühafizəsi və idarəetməsini təmin edir. 2012-ci ildə şirkət serverlərə müdaxilə edərək çoxlu məxfi faylları – vətəndaşların sürücülük vəsiqəsi, o cümlədən sosial sığorta nömrələri, Şengen ölkələri zonasında axtarışda olan şəxslər haqqında məlumatları ələ keçirən hakerlərin qurbanı olub.

51 dəqiqə ərzindən açıq internetdə olan identifikasiya nömrələrinin siyahısı 18 dəfə yüklənib.

“Bu, səhv də olsa, gərək baş verməyəydi. Biz onun mümkün nəticələrini diqqətlə öyrənəcəyik”, - iqtisadiyyat və daxili işlər naziri Marqrete Vestaqer deyib. O, vətəndaşların fərdi məlumatlarının yayılmasına görə üzr istəyib.

Bununla belə, əksər siyasi partiyalar və ictimai təşkilatlar insident nəticəsində mövcud məxfi məlumatlar bazası idarəetmə sistemindən imtina etməyi tələb edərək onu riskli hesab etdiyini bəyan edib.

Vüsal Qarayev







4 İyul, 2014  10:59 Baxılıb: 594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner