Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Neft Məktəbində abituriyentlərin psixoloji hazırlığı yoxlanılıb

Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də 2 günlük  "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə  həyata keçirilib.

Simsar.az-ın məlumatına görə iki  gün  davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və vaxtın idarə olunmasına kömək etmək olub.

Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyə Respublikasından dəvət olunmuş professorlar  abituriyentlərə  özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələriilə bağlı məsləhətlər veriblər.

Qarşıdan  gələn  qəbul imtahanlarında  abituriyentlərə  uğurlar  arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu  kimi layihələrin  təşkil olunmasını  təhsilin inkişafında uğurlu addımlardan biri  kimi hesab edir: “Beynəlxalq təcrübədə imtahan öncəsi bu tip seminarların  keçirilməsi   abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edir. Bu baxımdan  belə layihələrin tez-tez  təşkil olunması istər abituriyentlər üçün istərsə  də  onların valideyinləri üçün olduqca önəmli və vacibdir.

Tədbirdə çıxış edən Hədəf  kurslarının direktoru  Şəmil Sadıq  bu gün ölkəmizdə həyata keçirilən  gənclər siyasətinə əsasən  gənclərin özlərin yüksək səviyyədə  inkişaf etdirmələri üçün Dövlət tərəfindən   yüksək  şəraitin yaradıldığını qeyd edib və  bildirib ki,  öz gələcəyini və ölkəmizin gələcəyini düşünən  hər bir gənc bu imkanlardan maksimum yaralanmalıdır. Daha  sonra Ş. Sadıq hər bir abituriyentə  ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.

Tədbirin sonunda  ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin,Sabancı Universitetinin və Hədəf  kurslarının hədiyyələri təqdim olunub.

Layihənin ənfəal iştirakçısı Nigar Qasımova  isə  Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi qazanıb.

Vüsal Qarayev

 

 






4 İyul, 2014  10:24 Baxılıb: 562 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner