Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bərzani müstəqillik istəyir, bəs ABŞ nə deyir?

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsut Bərzani müstəqillik yolunda fəaliyyətini davam elətdirir. Dünən Bərzaninin yerli parlamentdəki çıxışında müstəqillik referendumuna hazırlıq üçün seçki komissiyasının qurulmasını istədiyi bildirilir.

Küdüstan Demokratik Partiyasından Ferhad Sofi Bərzaninin komissiya qurulmasını istəməsini təsdiqləyib. Digər kürd millət vəkilləri isə Bərzaninin referendum üçün dəqiq tarix bildirmədiyini deyiblər.

Geri dönüş yoxdur

Simsar.az xəbər verir ki, Barzani özü isə xarici mətbuata açıqlamasında, “Müstəqilliyin bütün şərtləri hazırdı. Artıq bundan geri dönüş ola bilməz” – deyib. “İraq ordusu cənubda İŞİD militanlarına qarşı döyüşmədən qaçınca Peşmərgə, Kərkük və bölgədəki digər şəhərlərə girdi. Artıq İraqın cənubunda önəmli bir hissə kürdlərin kontrolu və təhlükəsizliyi altındadı. Bu vəziyyət təbii olaraq burdakı insanların müstəqillik istəklərini artırmışdır. 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra bütün dini və etnik kökənli xalqların demokratik haqlarına qovuşduğu çox partiyalı bir dövlət yaratmaq imkanı var idi. Əgər bu edilsəydi, kürdlər də haqlarına qovuşardılar və bu gün kimsə “Müstəqil Kürdistan” məsələsindən danışmazdı”.

ABŞ razı deyil

ABŞ rəhbərliyi isə müstəqillik referendumuna qarşı olduğunu bildirib. Ağ ev təmsilçisi Josh Earnest, “Biz birləşmiş İraqın daha güclü olacağına inanmağa davam edirik”, - deyib.

Vüsal Qarayev







4 İyul, 2014  08:56 Baxılıb: 654 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner