Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Aeroportda sərnişindən narkotik çıxdı

Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakıdan Rusiyaya getmək Azərbaycan vətəndaşının çantasında narkotik vasitələr aşkar edilib.

Simsar.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Əliyev Camal Eldar oğlu SU 1855 saylı Bakı-Moskva aviareysi ilə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında əl yükünü X-Ray rentgen aparatına qoyub. Gömrük nəzarəti zamanı monitorda dərman preparatlarının təsvirləri görünüb.

Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq C.E.Əliyevin əl yükünə gömrük baxışı və üzərində şəxsi yoxlama aparılıb. Keçirilmiş gömrük baxışı zamanı, ona məxsus çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində “Methadone 5mg” sözləri yazılmış ampulalar aşkar olunub. Aşkar olunan preparatlar qablaşdıralaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Qeyd olunan əşyalar bioloji və fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş ampulalar şəffaf rəngsiz maye-metadon adlı dərman preparatıdır.

Xatırladaq ki, metadon adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in 2-ci siyahısına daxildir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.






3 İyul, 2014  16:19 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner