Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xərçəng müalicəsinin əlavə təsirləri azalacaq

“...dünyada ərzaq çatışmazlığı müşahidə edilməyəcək, xərçəngin müalicəsinin əlavə təsirləri azalacaq...”

“Thomson Reuters” informasiya agentliyinin elm şöbəsinin analitikləri yaxın illərdə dünyanı əsaslı şəkildə dəyişəcək on əhəmiyyətli texnologiya və elmi kəşfin adını açıqlayıblar.

Simsar.az xəbər verir ki, Agentlik mütəxəssislərinin proqnozuna görə, genetikanın elmi nailiyyətləri ağıldankəmlik və birinci tip şəkərli diabet xəstəliklərinin profilaktikasını və müalicəsini xeyli yaxşılaşdıracaq, günəş energetikası əsas enerji mənbəyinə çevriləcək, dünyada ərzaq çatışmazlığı müşahidə edilməyəcək, xərçəngin müalicəsinin əlavə təsirləri azalacaq. Qrafen və karbon nanoborucuqlar əsasında yarımkeçirici materialların və kondensatorların, müstəqil servis antenalarının tətbiqi ilə simsiz şəbəkələrin və beşinci nəsil rabitə texnologiyasının yaradılması bütün ucqar regionları simsiz rabitə ilə təchiz etməyə imkan verəcək.

Analitiklərin qənaətinə görə, 2025-ci ildə Afrika qitəsi simsiz şəbəkə ilə əhatə olunacaq, avtomobil, ev, soyuducu və qabyuyan maşınlar şəbəkəyə qoşulma ilə təchiz ediləcək. 2025-ci ilədək kvant teleportasiyası (obyektin enerjiyə çevrilib digər məkana keçməsi həyata keçiriləcək. Bu sahədə fiziklər xüsusilə Böyük Adron Kollayderində aparılan tədqiqatlar sayəsində böyük elmi irəliləyişin olacağını bildirirlər.

Vüsal Qarayev







3 İyul, 2014  15:00 Baxılıb: 607 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner