Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başladı

Nizami Kino Mərkəzi bu gündən etibarən rejissor Fil Lordun ekranlaşdırdığı “Maço və çoxbilmiş 2” və Ahmet Küçükkayalının “Bensiz” (“Mənsiz”) filmlərinin nümayişinə başlayacaq.

Mərkəzin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, döyüş, komediya, kriminal janrında çəkilmiş “Maço və çoxbilmiş 2” filmi iki zabit - Şmidt və Cenkodan bəhs edir. Onları gizli əməliyyat keçirmək üçün yerli kollejlərin birində çalışmağa göndərirlər. Kollejdə Cenko futbol komandasında ruhuna yaxın biri ilə tanış olduqdan, Şmitd isə yüksək təbəqəli insanların arasına düşdükdən sonra aralarında olan dostluqa şübhə ilə yanaşmağa başlayırlar.

Film, yumor dolu anları ilə komediyasevərlərin yadında qalacaq. Rollarda Çenninq Tatum, Cona Xill, Deyv Franko, Nik Offerman, Ays Kyub, Peter Stormare, Rob Riqql, Eşlin Makİvers, Riçard Qreko, Uayatt Rassell və başqaları çəkilib. Filmin yaş həddi 16-dan yuxarıdır.

Türkiyə istehsalı olan “Bensiz” (“Mənsiz”) filmi dram janrında çəkilib. Uşaqlıqdan futbol həvəskarı olan və bunu özünə sənət seçən Nəsip sevğilisi ilə keyfli həyat sürür. O, komandasını birinci liqaya çıxarmaq arzusundadır. Lakin, məqsədinə bir addım qalmış oyun zamanı aldığı zərbədən iflc keçirən gənc duyan və eşidən bir əşyaya çevrilir. Həyat onsuz davam etməyə başlayır.

Rollarda Metin Akdülger, Öykü Çelik, Burçin Abdullah və başqaları çəkilib.

Günel







3 İyul, 2014  13:40 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner