Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Startup Azərbaycan 2014”-ün yekun təqdimatı keçirildi - FOTOLAR

Ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və  İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etmək məqsədi daşıyan “Startup Azərbaycan 2014”-ün yekun təqdimat mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə təşkil edilən və bir paneldən ibarət konfransda nazir Əli Abbasov çıxış edib. O, innovativ sahibkarlığa dəstək və onun inkişaf etdirilməsinin Azərbaycanda yürüdülən iqtisadi siyasətin vacib qolunu təşkil etdiyini vurğulayıb.

Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, həmçinin neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişafı üzrə məqsədyönlü, ardıcıl tədbirləri həyata keçirir. Bu sahədə dövlətin müəyyən etdiyi perspektiv istiqamətlərin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında yer aldığını da xatırladan Ə.Abbasovun sözlərinə görə, dövlətin gələcək siyasətinin əsasını neft gəlirlərinin iqtisadiyyatın transformasiyası məqsədilə yüksək texnoloji, rəqabətqabiliyyətli məhsul istehsalı, innovativ iqtisadiyyata yönəldilməsi təşkil edir.

Nazirliyin digər fəaliyyət istiqamətlərindən də söz açan Ə.Abbasov hazırda RYTN-də “startup”-lara, innovativ sahibkarlığa sərmayə yönəldən investorların fəaliyyətinə dəstək məqsədilə onlara xüsusi güzəştlərin tətbiqi ilə bağlı təkliflərin hazırlandığını bildirib.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə “Startup Azərbaycan” layihəsi haqqında ətraflı məlumat verib.

O. Gündüz qeyd edib ki, bu müddətdə komanda formalaşdırılıb, ekspertlər və mentorlar müəyyən olunub: “2 ay davam edən yarışmaya 47 layihə təqdim edilib. Qaydalara cavab verən 28 layihə müsabiqəyə buraxılıb. Layihələr qiymətləndirilmə üçün ekspertlərə göndərilib və ekspertlər üçün xüsusi Qiymətləndirmə Cədvəli və Qiymətləndirmə Təlimatı hazırlanıb. 15 layihə birinci qiymətləndirmə nəticəsində yarımfinala çıxıb. İyunun 22-də yarımfinalçıların ekspertlər qarşısında pitç-sessiyaları olub. Hər bir yarımfinalçı  öz layihəsi ilə bağlı 3 dəqiqəlik təqdimatla çıxış ediblər. Səkkiz ekspertin iştirakı ilə keçirilən bu cür qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib”.

Tədbirdə ilk dəfə finalçılar (“Beth Clip”, “Butarek”, “İwork.az” “WEARn”, “Al-gətir”, “xercim.az”) da təqdim olunaraq, hər biri 3 dəqiqəlik qısa təqdimatla çıxış ediblər. Qaliblərə “CyberNet”, “SİNAM”, “Smart Systems” şirkətlərinin qiymətli hədiyyələri və diplomlar təqdim olunub.

Tədbir finala çıxan “startup”-larla investorların qapalı görüşü (pitç sessiya) ilə yekunlaşıb.

Vüsal Qarayev









3 İyul, 2014  13:34 Baxılıb: 1303 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner