Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qobustanda yeni iş yerləri açılacaq

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qobustan rayonunun Xilmilli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Simsar.az xəbər verir ki, əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsidir.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində kiçik cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2632 sahibkara 129 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1255 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,4 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, taxılçılıq və üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. 4800-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb

İşgüzar forum çərçivəsində Qobustan və ətraf rayonlardan olan 55 sahibkara 528,5 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

 

Simsar.az







3 İyul, 2014  12:18 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner