Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünyanın ən nüfuzlu şirkəti müəyyən edildi

Simsar.az. xəbər verir ki, “Barron's” nəşrinin versiyasına görə, ABŞ-ın “Apple” koorporasiyası ən nüfuzlu şirkətlərin illik reytinqində yenidən birincidir. Ötən il Kaliforniya nəhəngi “Berkshire Hathaway” investisiya şirkətindən sonra ikinci olub.

“Barron's” analitikləri investorların sorğusunun nəticələrinə görə, ən nüfuzlu şirkətləri müəyyənləşdirirlər. Ekspertlər tədqiqat zamanı, güclü rəhbərlik və şirkətin işgüzar əxlaq prinsiplərinə sadiqliyini, həmçinin “ağıllı” biznes strategiyası və rəqabətə davamlılığın mövcudluğu kimi amilləri nəzərə alırlar.

Cari il “Apple” şirkəti 3,94 bal qiymət toplayıb. İkinci yerdə “Berkshire Hathaway” (3,58) investisiya şirkəti qərarlaşıb.

Ən nüfuzlu şirkətlərin reytinqində “Google” dördüncü mövqedə yer alıb – internet nəhəngi 3.52 bal səviyyəsində qiymətləndirilib. Prosessor istehsalçısı “Intel” şirkəti 2,94 bal toplayaraq 21-ci olub. Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 2.67 balla 39-cu yerdə qərarlaşıb.

Vüsal Qarayev







3 İyul, 2014  10:44 Baxılıb: 468 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner