Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycandakı ABŞ institutu bağlandı

Bu gündən etibarən, ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisi rəsmi olaraq bağlanıb.

Simsar.az xəbər verir ki,  bu barədə, Turan Agentliyinə Vaşinqtondakı mənbələrdən bildiriblər.

Hakimiyyət bu qurumu Azərbaycan hökumətinə qarşı təxribat aksiyalarının maliyyələşdirilməsində ittiham etdikdən sonra ofis mart ayında funksiyasını dayandırıb.

Prezident Administrasiyasının rəhbəri, bundan əvvəl isə hüquq-mühafizə orqanları bildirib ki, bir qrup gənc MDİ-nin maliyəsi hesabına Azərbaycanda "ərəb baharı"nın analoqunu hazırlayıb. MDİ nümayəndəsi Alex Qrigorevs Bakıda baş "diversant" elan edilib. Hakimiyyət ona Bakıya qayıdaraq itini və şəxsi əşyaları götürməyə imakn verməyib.

MDİ-nin Avrasiya üzrə regional direktoru Laura Djyuet Turana müsahibəsində bildirdirib ki, Azərbaycanda MDi-nin fəaliyyəti tamamilə şəffafdır və təşkilat yerli qanunlara tamamilə riayət edir: “Buna görə də MDİ-nin istənilən başqa fəaliyyətdə iştirak etməsi fərziyyədir və tamamilə yalnışdır”.

MDİ prezidenti Kennet Vollak öz növbəsində bildirib ki, "belə versiyalar tam uydurmadır və müəlliflərin peşəkarlığını etibardan salırlar”.

Hüseyn İbadlı

 






3 İyul, 2014  10:35 Baxılıb: 837 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner