Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Fələstinli gənc öldürüldü – Yəhudilərin qisası

Qaçırılan 3 gəncin ölüsünün tapılmasından 2 gün sonra 16 yaşında fələstinli bir uşaq qaçırılaraq öldürüb. Fələstin  rəhbərliyi isə bu hadisədə yəhudiləri günahlandırır. İsrail baş naziri Netanyahu da, “kimsə öz başına hüquq axtarmasın”, deyərək cinayətə sərt reaksiya verib

17 yaşındakı fələstinli Məhəmməd Əbu Qədir qaçırılaraq öldürülməsi bölgədə onsuz da sabit olmayan vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, bu hadisədən sonra Qüdsün Şufat səmtində toplanan fələstinlilərlə İsrail polisi arasında qarşıdurma yaranıb.

Simsar.az-ın məlumatına görə polis plastik mərmilərdən istifadə edib və aralarında 6 jurnalist olan ən az 35 nəfər yaralanıb.

“Bizə kimsə həssas yanaşmır. İsrail oğlum üçün nə edəcək?”

Öldürülən Qədirin anası Seha Əbu Hudayr, “Oğlum sübh namaz üçün məscidə getdi. Yarım saat sonra qohumumuz tələsik gələrək onun qaçırıldığını dedi. Mənasız yerə oğlumun adını qışqıra-qışqıra, nömrəsinə zəng edə-edə çölə qaçdım” - deyib. Acılı ana dünyanın onlara simpatiyasının olmamasını deyir: “Beynəlxalq cəmiyyət 3 yəhud tələbəyə reaksiya vedi, onlara dəstək verdi, amma bizə kimsə həssas yanaşmır”. Ana bütün bunlarda İsrail hökümətini günahlandırıb: “İsrail 3 tələbə üçün fələstinliləri həbs etdi, öldürdü, evlərini uçurdu. Mənim oğlum üçün nə edəcək bəs? İnanmıram ki, onlar nəsə edələr”.

Hadisə şahidləri, Qədirin yəhudilər tərəfindən qaçırıldığını və qaçırdıqları maşının seriya nömrəsini də götürdüklərini deyirlər.

Yaxınlıqda olan təhlükəsizlik kamerasında da öldürülən gəncin 2 israilli tərəfindən ağ bir maşınla qaçırıldığı görünür. Görüntüdə maşın qərbi Qüds istiqamətində irəliləyir.

“Kimsə özbaşına hüquq axtarmasın”

Fələstin rəhbərliyi Netanyahudan bu cinayəti qınamasını tələb edib. Netanyahu da öz növbəsində bu hadisəylə bağlı, “alçaq cinayətdir” deyərək cinayəti qınayıb: “Heç kim özbaşına hüquq axtarmasın. İsrail qanunların idarə etdiyi bir ölkədir və hər kəs bu qanunlara tabe olmalıdır”. İsrailin Qüds Bələdiyyə Başçısı Nir Barkat isə cinayətlə bağlı, “qorxunc və barbar cinayətdir, şiddətlə qınayıram. Bu bizim yolumuz deyil” – deyib.

Vüsal Qarayev







3 İyul, 2014  09:58 Baxılıb: 751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner