Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TÜRKSOY rəssamlarının sərgisi açıldı

Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 2-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində TÜRKSOY rəssamlarının sərgisi açılıb.

Simsar.az xəbər verir ki, tədbirin əvvəlində sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilib.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, on yeddi il ərzində türk dünyasının müxtəlif ölkələrinin ev sahibliyi etdiyi XVII “TÜRKSOY- Rəssamlar görüşü” ilk dəfə olaraq Azərbaycanda- Şəki şəhərində gerçəkləşdirilir. Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdirmişlər. Baş katib bildirmişdir ki, bu sərginin bir özəlliyi də ondadır ki, onun açılışı çox əlamətdar bir vaxta - “İpək Yolu” V Beynəlxalq musiqi festivalının keçirildiyi günlərə təsadüf edir.

Festival çərçivəsində təşkil edilən bu sərgidə TÜRKSOY rəssamlarının Şəkidə olduqları müddətdə çəkdikləri rəsm əsərləri nümayiş etdirilir. Rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sənətkarları, sadə insanları əks olunub. Əsərlərin bir qismi festivalda nümayiş etdirildikdən sonra şəhər icra hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcək.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Bakıdan dəvət olunmuş rəqs qrupunun təqdim etdiyi türk xalqlarının rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda sərgidə iştirak edən hər bir rəssama TÜRKSOY-un sertifikatları və şəhər icra hakimiyyətinin hədiyyələri təqdim olunub.

 

Günel







3 İyul, 2014  09:46 Baxılıb: 673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner