Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şərq Tərəfdaşlığı ölkələri şəbəkə yaratdı

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin peşə bacarıqlarının proqnozlaşdırılması və uyğunlaşdırılması sahəsində ekspertlər şəbəkəsi yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu barədə qərar Avropa Komissiyası, Şərq Tərəfdaşlığı Proqramı, Avropa Təlim Fondunun (ATF) birgə təşkil etdiyi “Peşə bacarıqlarının proqnozlaşdırılması və uyğunlaşdırılması” mövzusunda İtaliyanın Turin şəhərində keçirilmiş beynəlxalq seminarda qəbul edilib. Şəbəkənin yaradılmasında məqsəd ölkələr arasında beynəlxalq təcrübənin daha da intensiv öyrənilməsi, fikir mübadilələrinin aparılması və bu sahədə yeni metodların inkişaf etdirilməsidir.

Azərbaycan üzrə qeyd olunan sahədə ekspertlər şəbəkəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları və Proqramın Azərbaycan üzrə milli eksperti daxildir. Ekspertlər Şəbəkəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Heydər Cəfərli seçilib.

Eyni zamanda seminarda peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması sahəsində istifadə olunan metodlar və hesablama qaydaları barədə geniş müzakirələr aparılıb və bu sahədə ATF-nun hesabatı dinlənilib. Ölkələrin iqtisadi və demoqrafik göstəricilərinin peşə bacarıqlarına təsiri barədə nümayəndə heyətləri arasında fikir mübadilələri aparılıb.

Simsar.az

 

 

 






3 İyul, 2014  09:42 Baxılıb: 627 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner