Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hindistanın mahnı və rəqs qrupu Şəki festivalında

Şəkidə uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının ikinci günü axşam “Aşağı Karvansaray” kompleksində tamaşaçılara Hindistanın mahnı və rəqs qrupunun ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunub.

Simsar.az xəbər verir ki, festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, TÜRKSOY-un təmsilçilərinin, xarici ölkələrin səfirliklərinin nnümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində tamaşaçılar hind raqası Quru Madhub Mudqalın rəhbərlik etdiyi ansamblın çıxışını izləyiblər.

Azərbaycan və Hindistan ənənəvi musiqi mədəniyyətlərinin ümumi kökləri, onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və hind raqasında bariz şəkildə özünü göstərir. Ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, sitar, tampur və fişqarmon alətlərinin ifaçıları daxildir. Konsertdə ilk dəfə olaraq çox nadir hallarda ifa edilən ənənəvi hind aləti - esrac səsləndirilib.

Konsertin ikinci hissəsində tamaşaçılara Hindistanın “Nrityarupa” rəqs qrupunun ifasında hind rəqsinin əlvan libaslı rəqs mozaikası - “baxaratanatyam”, “katxak”, “odissi”, “manipuri”, “katxakali” və “çxau” rəqsləri təqdim olunub. “Bxaratanatyam” tarixi sənədlərdə yaşı 5 min ildən artıq olan teatr rəqsinin ən qədim növüdür. “Katxak” klassik hind rəqs üslublarından biridir. Bu rəqsin ilk ifaçıları məbəd rəvayətçiləri olublar. Onlar rəqs dili ilə qədim mifoloji süjetləri təsvir ediblər. “Odissi” hind rəqsinin səkkiz klassik üslubundan biridir. “Manipuri” klassik hind rəqslərindən biri olaraq Krişna və onun sevgilisinin şərəfinə ifa edilir. Bu zərif və nikbin rəqs Hindistanda çox sevilir. “Katxakali” XVII əsrdə yaranmış ənənəvi dramatik rəqs sənətidir. Rəqslərin süşetləri qədim hind eposlarından götürülmüşdür. “Çxau” mənşəyini hərb sənətindən almış rəqs üslubudur.

Qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı hind rəqsləri tamaşaçılarən böyük marağına səbəb olub.

Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim edilib.

 

Günel







3 İyul, 2014  09:24 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner