Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Axınla üzü aşağı” filminin dünya premyerası keçirilib

Çex Respublikasının Karlovı Varı şəhərində “Axınla üzü aşağı” filminin dünya premyerası keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsalı yenicə başa çatmış “Axınla  üzü aşağı” bədii filmi iyulun 5-dən 12-dək Karlovı Varı Beynəlxalq film festivalına dəvət alıb.

Kinostudiyadan Simsar.az-a bildirilib ki, bu ekran əsəri festivalın “East of the West” müsabiqə proqramına salınmışdır. Proqrama, ümumilikdə 12 film daxil edilib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, baş prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov canlandırıb.

“Axınla üzü aşağı” psixoloji ailə dramıdır. Əsas hadisələr Mingəçevir Olimpiya İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş vermiş faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə, həyata yeni nəzərlə baxmağa başlayır.

Karlovı Varı Beynəlxalq film festivalı 1956-ci ildən fəaliyyət göstərir və FİAPF tərəfindən akkreditə olunub “A” səviyyəli 12 festivaldan biridir. Festivalın əsas mükafatı - “Büllur Kürə” ən yaxşı bədii filmə verilir.

 

Günel







3 İyul, 2014  09:19 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner