Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Moskvanın mərkəzində Ramazan çadırı qurulub

Mübarək Ramazan ayı bütün dünyada olduğu kimi, 20 milyondan çox müsəlmanın yaşadığı Rusiyada da böyük coşgu ilə geyd olunur.

Simsar.az-ın mlumatına görə, xalqlar mozaikası sayılan Rusiyada Ramazan ayında müxtəlif millətlərin təmsilçilərinin iftar proqramlarında bir araya gəlməsi gözəl bir ənənəyə çevrilib. Artıq 9-cu ildir ki, Moskvanın Zəfər Parkı Məscidi yaxınlığında qurulan Ramazan çadırı bu ənənəni yaşadan başlıca mərkəz halına gəlib. Rus, tatar, özbək, qırğız, çeçen, azərbaycanlı, bir sözlə onlarla millətin nümayəndələrinin toplaşdığı Ramazan çadırında dini söhbətlər və ilahilər dinləyən müsəlmanlar bütün dünyaya qardaşlıq mesajı verirlər.

Rusiya müftisinin köməkçisi Ruşen Abyasovun sözlərinə görə, Ramazan ayı, savab işlər görmək, mənəvi zənginlik qazanmaq ayıdır: ”Burda qurduğumuz Ramazan çadırı isə müsəlmanlar arasında mənəvi birliyi daha da gücləndirir. Burda keçirilən milli günlər çərçivəsində isə azərbaycanlılar da daxil müxtəlif xalqlar burada öz mədəniyətlərini nümayiş etdirirlər”.

Ramazan çadırında toplaşanlar arasında həmyerlilərimiz də az deyil. Onların ən böyük arzularından biri isə Moskvada azərbaycanlılar üçün ayrı bir məscid inşa edilməsidir.

Hər gün minə yaxın müsəlman və qeyri-müsəlmanın böyük marağına səbəb olan iftar proqramları ilə davam edən Ramazan çadırı, Ramazan ayının sonunadək fəaliyyət göstərcək. Ramazan çadırında Azərbaycan günü də keçiriləcək.






2 İyul, 2014  23:21 Baxılıb: 739 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner