Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Tikinti ərazisində döyüş sursatı aşkarlandı - Bakıda

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatı aşkarlanıb.

Simsar.az-ın məlumatına görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Baxış zamanı istifadəyə yararsız olan 2 ədəd FQ 9 mərmisi, 45 ədəd tüstü şaşkası, 700 ədəd əleyhiqaz, 8000 ədəd fərdi dozametr, 1000 ədəd doza ölçən flakon (məhlul), 15 ədəd doza ölçən aparat aşkar edilib. Aşkarlanmış sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 16:28-də başa çatıb.






2 İyul, 2014  18:51 Baxılıb: 648 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner