Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İngiltərə 4 günlük iş rejiminə keçir

İngiltərədə həftəlik iş müddətinin 5 gündən 4 günə endirilməsilə bağlı müzakirələr başlanıb.

Simsar.az xəbər verir ki, ölkənin qabaqcıl mütəxəssislərindən olan professor Con Eşton streslə bağlı yaranan xəstəliklərin qarşısının alınması üçün həftəlik iş günlərinin azaldılmasını təklif edib.

Eşton iş günlərinin sayının azaldılmasının insanların yaxınları ilə daha çox vaxt keçirməsinə və həmçinin, işsizliyin də azalmasına müsbət təsir edəcəyini deyib.

“4 günlük iş rejiminə keçməliyik, çünki əhalinin bir hissəsi iş tapa bilmədiyi halda, digər bir hissəsi həddindən çox işləyir və bu balansın pozulmasına səbəb olur. Bundan başqa nahar fasilələri də demək olar ki, yoxdur. İnsanlar masa arxasında bir sendiviçlə işlərinə davam edir. İnsanların stresi, xəstəlik icazələri də bir problemə çevrilib”, - deyə professor bildirib.

Eştonun bu təklifi artıq ölkədə böyük əks-səda yaradıb.

İngiltərə Həmkarlar İttifaqı da bu təklifi dəstəklədiyini və işçilərin də 4 günlük iş rejimindən məmnun olacağını açıqlayıb.






2 İyul, 2014  18:08 Baxılıb: 662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner