Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"AzərRos"un ittihamına cavab verildi

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin (“AzerRos”) ittihamlarına cavab verib.

Komitənin mətbuat xidmətindən Simsar.az-a verilən açıqlamada bildirilir ki, Dövlət Komitəsinin fəaliyyəti, atdığı addımlar heç vaxt hansısa diaspor təşkilatına qarşı yönəlməyib: “Biz sadəcə bəzi təşkilatlarda təmsil olunan və həmin təşkilatların təmsilçisi olaraq Azərbaycan dövlətinə, milli maraqlarımız əleyhinə fəaliyyətlə məşğul olan şəxslərə qarşı olmuşuq. Bu bizim prinsipial mövqeyimizdir".

Bildirilir ki, Dövlət Komitəsi fəaliyyətə başladığı andan yalnız bir prinsipi əsas götürüb: “Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı xalqımıza, dövlətimizə, dövlətçiliyimizə xələl gətirə biləcək fəaliyyətlə məşğul olacaqsa, biz belə hallara qarşı laqeyd qalmayacağıq. Ona görə də bəzi şəxslərin bizi ayrı-seçkilikdə, onların fəaliyyətinə laqeyd olmaqda ittiham etməyə cəhd göstərməsi tamamilə əsassızdır. O adamlar dönüb bir neçə ay öncəki açıqlamalarına, Azərbaycan dövləti haqqında söylədikləri fikirlərə, Azərbaycanın  perspektivləri ilə bağlı verdikləri "proqnozlara" bir də baxsınlar. O zaman kimin haqlı olduğu bir daha görünər".

Bildirilir ki, fəaliyyət göstərdiyi müddət ərzində Komitə azərbaycanlılar arasında birliyin təmin olunması, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, milli-mədəni irsimizin təbliği sahəsində diaspor təşkilatlarının həyata keçirdiyi müxtəlif tədbirlərə, layihələrə hər zaman dəstək verib: “Bizim yolumuzu ümummilli lider Heydər Əliyev müəyyənləşdirib. Bu, Azərbaycançılıq yoludur. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu yolun ideya mahiyyətində həm də millətinə, dövlətinə sədaqət amili dayanır. Ona görə də vaxtilə bu dövlətə qarşı açıq şəkildə, heç bir çərçivəyə sığmayan fikirlər söyləmiş şəxslər yaddaşlarını təzələsələr, bizim onlara münasibətimizin motivini anlayarlar. Biz hər zaman Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərmiş adamlara qarşı olmuşuq və bundan sonra da belə olacaq".

Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin sədri Asif Məhərrəmov Azərbaycanın bəzi məmurlarının ünvanına ittihamlar səsləndirib.

A. Məhərrəmov deyib ki, Azərbaycanda bir sıra məmurlar “AzerRos”un aktiv fəaliyyəti ilə barışa bilmirlər. “Mən bu münasibəti anlamıram. Halbuki, bu məmurların əsas vəzifəsi azərbaycanlı icmalarının birləşdirilməsi olmalıdır”, - deyə o vurğulayıb.







2 İyul, 2014  17:24 Baxılıb: 594 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner