Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Modern Folk" Şəkidə konsert verdi

Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində İstanbul Modern Folk Musiqi qrupunun konserti olub.

Simsar.az  xəbər verir ki, Şəki şəhərindəki yay teatrında keçirilən konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, Türkiyənin və festivala dəvət olunmuş digər xarici ölkə səfirliklərinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Konsertdən əvvəl məlumat verilib ki, İstanbul Dövlət Modern Folk Müzik Topluluğu 1993-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Kollektivin əsas məqsədi qədim türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla dinləyicilərə çatdırmaq və təbliğ etməkdir.

Nazirliyin təşəbbüsü və dəstəyi ilə kollektiv Türkiyədə və onun hüdudlarından kənarda uğurla çıxış edərək türk musiqi sənətini layiqincə təmsil edir. Topluluq bir çox ölkələrdə - Almaniya, Fransa, İngiltərə, Tunis, Bosniya və Herseqovina, Şimali Kiprdə və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında maraqlı konsert proqramları ilə çıxış edib. Kollektivin repertuarına türk xalq mahnı və oyun havaları ilə yanaşı, klassik türk musiqisi və dünya xalqlarının tanınmış musiqi əsərləri də daxil edilib.

Konsert proqramı solistlərin 16 nəfərlik musiqiçi qrupunun müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə başlanıb. Konsertdə ifa olunan türk pop və xalq sənəti musiqisi, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan çıxış edərək ölkəsinin musiqi, rəqs və folklor kollektivlərinin Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalına artıq üçüncü ildir dəvət aldıqlarını və bu musiqi bayramında böyük sevinclə iştirak etdiklərini bildirib, festivalın işinə uğurlar arzulayıb.

Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunub.

 

Günel







2 İyul, 2014  16:48 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner