Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Erməni dilindən niyə imtina edilir? - TƏHLİL

“Qarabağda yaşamaqüçün erməni dilindən imtina etmək tələb edilir”.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Analitik Assosiasiyasının koordinatoru İqor Panarin Ermənistanda olarkən maraqlı bir fikir səsləndirmişdi. O, qeyd etmişdi ki, Alma-Atıda küçələrdə qazax və rus dillərində yazılara rast gəlindiyi halda, Yerevanda isə erməni və ingilis dillərində yazılar var. “Sizin strateji müttəfiqiniz İngiltərə deyil, Rusiyadır”.

Ermənistanda rus dili barəsində qalmaqallı bəyanatla bundan əvvəl Rusiya dövlət televiziyasının aparıcısı, Kreml siyasətinin əsas təbliğatçısı sayılan Dmitri Kiselyov da çıxış edib. Onu da deyək ki, “Rusiya bu gün” informasiya agentliyinin də baş direktoru olan Kiselyov Ermənistanda rus dilinə ikinci dövlət statusunun verilməsi məsələsini qaldırıb.

Ermənistan daxilində Rusiyaya zərbə vuran kimlərdi?

Erməni eksperti Akop Badalyan bildirib ki, Yerevanda Kiselyova dərhal “vəkillər” tapıldı və Putini hasara almağa, bu bəyanatı isə Kiselyovun şəxsi mövqeyi elan etməyə çalışdılar. Amma bu bəyanatlara qarşı çıxanlar da olmuşdu. Hətta Ermənitan “Həmrəylik” Araşdırma Mərkəzinin direktoru, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan Rusiyanı qəzəbləndirəcək təkliflə çıxış etmişdi.  Şahnazaryan bildirmişdi ki, Kiselyov və tez-tez antierməni bəyanatları ilə çıxış edən “Odnako” jurnalının baş redaktoru Mixail Leontyevin Ermənistana girişi qadağan edilməli, Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin isə ölkədən çıxarılmalıdır.

Kiselyovun Ermənistanda rus dilinə ikinci dövlət statusunun verilməsi barədə təklifini ölkəsi üçün üçün təhqir adlandıran D.Şahnazaryan hakimiyyətin də istənilən təhqirlərə dözməyə hazır olduğunu deyib. D.Şahnazaryan Ermənistan parlamentinin Rusiyanın əsas təbliğatçısının qalmaqallı bəyanatına reaksiya verməməsini də sərt şəkildə tənqid edib.

“Onlar bizim dövlət quruluşumuza hörmət etmirlər. Bu, Rusiyanın bizə münasibətidir”, - Şahnazaryan deyib.

“Hazırkı Ermənistan yalnız Rusiya sayəsində peyda olub”.

Mixail Leontyev da tez-tez erməniləri qıcıqlandıracaq fikirlər irəli sürür. Onun qələmə aldığı “Hazırkı Ermənistan yalnız Rusiyanın sayəsində peyda olub” məqaləsini xatırlatmaq kifayət edər. O bildirirdi ki, əslində, Ermənistan ideal baş tutmamış dövlət nümunəsi ola bilərdi. Rusiya olmasaydı. Çox böyük ehtimalla, o heç xəritədə də olmazdı: “Ermənistan qədim, böyük sivilizasiyadır. Lakin biz özlərindən sonra yalnız tarixi abidələr və mədəniyyətlər qoyub getmiş çoxlu sayda qədim və böyük sivilizasiyalar tanıyırıq. Hazırkı vəziyyətdə Ermənistan yalnız Rusiyanın sayəsində peyda olub və yalnız onun sayəsində yaşamaqda davam edir. Güc çətiri bir tərəfə qalsın, Rusiya qazı və Rusiya transferlərindən total asılılıq buna birbaşa sübutdur”.

Erməni eksperti Badalyan hesab edir ki, Panarinin Ermənistanda verdiyi sonuncu bəyanat Rusiyanın “vəkilləri”nin dediyi kimi şəxsi bəyanatlardan biri deyil: “Panarinin bəyanatı göstərir ki,  “şəxsi bəyanatlar”dan deyil, Rusiyanın ardıcıl siyasətindən söhbət gedir. Erməni mədəniyyəti imperiyanın əsas hədəfinə çevrilib, Rusiyanın açıq şantajı müşahidə olunur”.

Moskva hələ ki, bu nəzakətli prosesi “könüllülər”ə etibar edə bilmir.

Onun sözlərinə görə, Moskvanın şantajı dil və təhlükəsizlik məsələlərinə aiddir: “Rusiya artıq açıq-aydın şantaj edir ki, rus dilində danışmasaq, bizi təhlükə gözləyir. Ermənistana qarşı edilən şantaj Rusiya üçün adət halını alıb. Ermənistanda hələ ki, dil barədə Rusiyanın şantajını dəstəkləyən “könüllülər” yoxdur. Amma ruslar Ermənistanda mütləq “qoşun” formalaşdıracaq. “Qoşun” vasitəsilə xəbərdarlıq ediləcək ki, rus dilində danışmaqdan imtina Qarabağ və digər hər şeyin itirilməsi ilə nəticələnə bilər. Moskva hələ ki, bu nəzakətli prosesi “könüllülər”ə etibar edə bilmir. Assosiativ saziş təcrübəsi Rusiya üçün dərs oldu. Çünki, yerli “könüllülər” az qala hər şeyi məhv edirdi və son anda Putin işə şəxsən qarışmalı oldu”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi

 






2 İyul, 2014  14:28 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner