Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bahar Muradovadan SƏRT CAVAB

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT PA-nın Bakıdakı sesssiyası zamanı nümayəndələrinin ittihamlarına sərt cavab verib.

Simsar.az-ın məlumatına görə, Bahar Muradova bir daha işğal edilən torpaqlara Azərbaycanın icazəsi olmadan səfər edənlərə viza verilməyəcəyini xatırladıb.

“Viza məsələsi ilə bağlı burada gətirilən arqumentlə qətiyyən razı deyiləm. Viza ilə bağlı qadağa konkret şəxslərə yönəlir. Bu qərar Azərbaycanın sərhəd qanunlarını pozaraq Dağlıq Qarabağa səfər edən şəxslərə şamil edilir. Mən anlamıram niyə ikili standartlar bizim təşkilatda bu qədər üstünlük təşkil edir? Bir nümayəndəyə viza verilmədiyinə görə Azərbaycanda tədbirlərin keçirilməməsini təklif edirsiniz. Bütövlükdə dövlətə və Azərbaycan xalqına qadağa qoyulur. Belə standart olmaz. Həmkarlarımız məntiqli çıxış etsinlər. Təşkilatımızın daxili qaydalarını öyrənsinlər və belə təxribatlara yol verməsinlər”.

Qeyd edək ki, Azərbaycan may ayında AŞPA vitse prezidenti Rene Rukeyenin vizasını ləğv etmişdi. Buna səbəb onun Azərbaycanın işğal edilən ərazilərinə qanunsuz səfəri olub. Bəzi nümayəndələri isə ATƏT PA-nın Bakıda keçirilən sessiyasında buna görə Azərbaycanı ittiham edib.






2 İyul, 2014  12:19 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner