Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnternet necə idarə olunacaq?

Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Trans-sərhəd internet axını və internet azadlığı üzrə Ekspertlər Komitəsinin (MSİ-İNT) növbəti iclası keçiriləcək.

Cari ilin 3-4 iyul tarixlərində baş tutacaq ikigünlük iclasda Komitənin iş planı ilə bağlı təkliflər, qarşıda duran addımlar, trans-sərhəd internet axını və internet azadlığı üzrə tövsiyələr layihəsi, internetin idarə olunması, internetdə ifadə azadlığı və sair məsələlər müzakirə olunacaq.

Görüşdə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Michael Unland, AŞ İnsan hüquqları və qanunun aliliyi üzrə informasiya cəmiyyəti departamentinin nümayəndəsi Loreta Vioiu, media şöbəsinin rəhbəri Silvia Grundmanın iştirakı nəzərdə tutulub.

Bu mötəbər tədbirdə ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edəcək.

İclasda B.Məmmədovun çıxışı və bu zaman  Azərbaycanda internet sahəsində həyata keçirilən layihələr, bu istiqamətdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq barədə ətraflı məlumat verəcəyi planlaşdırılıb.

Qeyd edək ki, Ekspertlər Komitəsi AŞ-nin Media və İnformasiya Cəmiyyəti üzrə Rəhbər Komitəsinin (CDMSİ) nəzdində olmaqla 2014-2015-ci illər ərzində AŞ məkanında maneəsiz trans-sərhəd internet axını və internet azadlığının təmin edilməsi üçün tövsiyələrin işlənib hazırlanması məqsədilə yaradılıb.

Vüsal Qarayev







2 İyul, 2014  11:15 Baxılıb: 598 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner